Ukraynanın Xarici İşlər Nazirliyi Sxinvalidə Rusiya işğalçı rejimi tərəfindən Zaza Qaxeladzeyə 12 il həbs cəzasının verilməsi ilə bağlı qərarı qınayır
Ukraynanın Xarici İşlər Nazirliyi Sxinvalidə Rusiya işğalçı rejimi tərəfindən Gürcüstan vətəndaşı Zaza Qaxeladzeyə 12 il həbs cəzasının verilməsi ilə bağlı qərarını qınayır.
Nazirliyin bəyanatına görə, belə qeyri-qanuni qərarlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.
Bu “qərar” həmçinin Rusiyanın həqiqi məqsədlərini ortauya çıxardır. Məqsəd isə, Gürcüstanın işğal edilən ərazisində və regionda destabilizasiya yaratmaqdır.
Ukrayna birmənalı olaraq, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və qeyri-qanuni şəkildə həbs edilən Gürcüstan vətəndaşının dərhal azad edilməsini tələb edir” – deyilir bəyanatda.
Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.