Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib. Bu barədə Radanın sədri Ruslan Stefançuk məlumat verib.

Radanın sədri Ruslan Stefançuk sosial şəbəkədə Kulebanın istefası ilə bağlı bəyanat yayıb.

Stefançuk yazır ki, bəyanat növbəti plenar iclasda müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, ötən gün Ukraynada üç nazir vəzifəsini tərk edib. Bunlar strateji sənaye naziri Aleksandr Kamişin, ədliyyə naziri Denis Maliuska və ətraf mühitin mühafizəsi naziri Ruslan Striletsdir.

Eyni zamanda, Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina da istefa ərizəsi yazıb.