Ukraynanın Hərbi Hava Qüvvələri, gecə boyunca Rusiyanın 60 kamikadze dronunu məhv etdikləri haqda məlumat verir
Ukraynanın Hərbi Hava Qüvvələri, gecə boyunca Rusiyanın 60 kamikadze dronunu məhv etdikləri haqda məlumat verir

 
Ukraynanın Hərbi Hava Qüvvələri gecə boyunca Rusiyanın 60 kamikadze dronunu məhv edib. Məlumatı Ukrayna mediası yayır.

Hərbi Hava Qüvvələri tərəfindən yayılmış bəyanata əsasən, ötən gecə boyunca Rusiya 79 “Shahed” pilotsuz uçuş aparatı və bir “Iskander” ballistik raketi ilə Ukraynaya hücum edib.

Ukrayna tərəfinin məlumatına əsasən, iki dron Rusiyaya, biri isə Belarus ərazisinə qayıdıb. Ukrayna 15 uçuş aparatının yerini itirib.

Bununla yanaşı, bundan əvvəl Belarus hakimiyyəti hava məkanında pilotsuz uçuş aparatlarının məhv edildiyini bəyan etdi, hərçənd Minskdə dronların hansı ölkəyə məxsus olduğunu və sərhədi neçə dronun keçdiyini dəqiqləşdirməyiblər.

Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, hava hücumundan müdafiə vasitələri hava xəbərdarlığı siqnalının doqquz saatdan çox davam etdiyi Kiyev də daxil olmaqla, Ukraynanın 12 bölgəsində gecə saatlarında fəaliyyət göstərib.