Ukraynanın baş prokuroru Gürcüstanın baş prokurorunun müavini ilə görüşdü
Ukraynanın baş prokuroru Yuri Lutsenko yanvarın 12-də Gürcüstanın baş prokurorunun müavini Giorgi Qoqadze ilə görüşdü.
Bu barədə məlumat Ukraynanın baş prokurorluğunun rəsmi veb səhifəsində verilib.
Görüş Ukraynada keçirildi.
“Görüş zamanı tərəflər iki tərəfli əməkdaşlığın aktual mövzularını müzakirə etdilər. Xüsusi ilə də hüquqi məsələlər və ekstradisiya zamanı beynəlxalq yardım müzakirə edildi” – deyilir bəyanatda.
“Ukrainskaya Pravda” nəşriyyatının Mixeil Saakaşvilinin ekstradisiyası haqqında verilən suallara cavab olaraq isə, Ukraynanın baş prokurorunun mətbuat katibi Larisa Sarqan bəyan etdi ki, prokurorluğun bəyanatında nə deyildiyini açıqlaya bilməz.