Ukraynanın baş prokurorluğu - Saakaşvilinin Ukrayna xalqına müraciəti saxtadır
Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin, aksiyada xalqa oxunan məktubu saxtadır və onun tərəfindən yazılmayıb – bu barədə bəyanatı Ukrayna baş prokurorluğunun mətbuat katibi Larisa Sarqan verdi.
Larisa Sarqan sosiyal şəbəkədə iki məktub yerləşdirdi. Onların biri Saakaşvilinin vəkili Çernoludski tərəfindən medyaya Saakaşvili adından verilən məktubdur, digəri isə, Sarqanın iddia etdiyinə görə, Saakaşvili tərəfindən izolyatorda yazılan ərizədir.
Dünən gecə, Saakşvilinin həbs edilməsindən sonra, onun vəkili Ruslan Çernolyudski, Saakaşvilinin tərəfdarlarına məktub oxudu, hansı ki, onun dediyinə görə, Saakaşvili tərəfindən yazılmışdı. Məktuba əsasən, Odessa əyalətinin qubernatoru öz tərəfdarlarını dekabrın 10-da etiraz aksiyasına çağırırdı və prezidentin impiçmentini tələb edirdi.
Larisa Sarqan isə iddi edir ki, o məktub Saakaşvili tərəfindən izolyatorda yazılmayıb.