Ukraynanın Baş Prokurorluğu - Rusiyanın Ukraynaya genişmiqyaslı silahlı təcavüzü başlayandan bəri 546 uşaq həlak olub
Ukraynanın Baş Prokurorluğu - Rusiyanın Ukraynaya genişmiqyaslı silahlı təcavüzü başlayandan bəri 546 uşaq həlak olub

 
Rusiyanın Ukraynaya genişmiqyaslı silahlı təcavüzü başlayandan bəri 546 uşaq həlak olub-məlumatı Ukraynanın Baş Prokurorluğu yayır.

Bununla yanaşı, qurumun göstəricilərinə əsasən, bu dövr ərzində 1330-dan çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ən çox azyaşlı Donetsk, Xarkov, Xerson, Dnepropetrovsk, Kiyev, Zaporojie və Nikolayev vilayətlərində zərər çəkib. Ukraynanın Baş Prokurorluğu bunun yekun göstərici olmadığı haqda məlumat verir. Yalnız adlarının təsdiqlənməsi mümkün olanlar siyahıya salınıb. Döyüş əməliyyatlarının davam etdiyi rayonlarda və işğal olunmuş ərazilərdə qurbanları qeydiyyata salmaq indi mümkün deyil.