Ukraynanın Baş Prokurorluğu dekabrın 18-də, “Yeni Qüvvələr Hərəkatının” lideri, Mixail Saakaşvilini sorguya çağırdı.
Müvafiq bəyanat idarənin rəsmi saytında yerləşdirilib.
“2017-ci il 18 dekabrda, saat 09.30-da, 04.12.2017 tarixində açılan cinayət işinə görə şübhəli status ilə sorğu üçün Baş Prokurorluğa bəyan olunmalısınız”, – Prokurorluğun bəyanatında deyilir.
Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsi, 28-ci maddəsinin ikinci hissəsi və 256-cı maddəsinin ikinci hissəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli bilinir.
Dünən isə, Kiyevin Peçerski Məhkəməsi Mixail Saakaşvilini deputatların zəmanəti ilə salondan azad etdi.