Ukraynanın Ali radasında iqtidar koalisiyası dağıldı.
Ukrayna medyasının məlumatına görə, koalisiyadan “Xalq frontu” çıxdı.
Yeni koalisiyanın formalaşdırılması üçün deputatlara 30 günlük vaxt lazımdır.
“Xalq frontu” fraksiyasının lideri Maksim Burbak bəyan etdi ki, ölkədə yaranan yeni mühit qüclərin maksimal konsolidasiyasını tələb edir, və bunun üçün yeni prezident, yeni parlament və yeni koalisiya lazımdır.
Burbakın dediyinə görə, iqtidar koalisiyası öz vəzifəsini artıq yerinə yetirdi.
Maksim Burbakın bəyanatına görə, növbəti yarım il ərzində, Ukraynalılar yeni seçilən prezidentin və yeni parlamentin qərar verici addımlarını və dəyişiklikləri gözləyəcək.
Rada sədri Andre Paruba isə, “Xalq frontunun” qərarını təəssüf verici hadisə adlandırdı.
“Gəlin qəbul edək ki, bu yaxşı bir koalisiya idi. Hər birimizi təbrik edirəm, – dedi Radanın spikeri.
Ukraynanın yeni seçilən prezidenti Vladimer Zelenski öz vəzifəsinin icrasına mayın 20-dən başlayacaq.