Ukraynanın Ali Radası xarici işlər naziri vəzifəsinə Andrey Sibiqanın təyin edilməsini dəstəkləyib
Ukraynanın Ali Radası xarici işlər naziri vəzifəsinə Andrey Sibiqanın təyin edilməsini dəstəkləyib

 
Ukraynanın Ali Radası xarici işlər naziri vəzifəsinə Andrey Sibiqanın təyin edilməsini dəstəkləyib.

Deputat Yaroslav Jeleznyakın verdiyi məlumata əsasən, müvafiq qərarı Ukraynanın Parlamentinin 258 üzvü dəstəkləyib.

Bundan əvvəl Rada səs çoxluğu ilə Dmitro Kulebanın xarici işlər naziri vəzifəsindən azad edilməsinə səs verib.

Andrey Sibiqa Ukraynanın xarici işlər nazirinin birinci müavini vəzifəsini icra edirdi. O, bu vəzifəyə 2024-cü ilin iyulunda təyin edilib.

O, 2021-2024-cü illərdə Ukraynanın Prezident Ofisinin rəhbərinin müavini idi. Bundan əvvəl 2016-2021-ci illərdə isə Ukraynanın Türkiyədəki səfiri olub.