Ukraynanın Ali Radası Dmitro Kuleba və İrina Vereşukun vəzifələrindən azad edilməsini dəstəkləyib
Ukraynanın Ali Radası Dmitro Kuleba və İrina Vereşukun vəzifələrindən azad edilməsini dəstəkləyib

 
Ukraynanın Ali Radası Dmitro Kuleba və İrina Vereşukun vəzifələrindən azad edilməsini dəstəkləyib.

Deputat Yaroslav Jeleznyakın xəbər verdiyi üzrə, onun istefasını 240 qanunverici dəstəkləyib. “Xalqın qulluqçusu” fraksiyasının sədri Davit Araxamia, Ukraynanın xarici işlər naziri postunu Kulebanın birinci müavini Andrey Sibiqanın tutacağını bildirib.

Sibiqa 2021-ci ilin iyulunda xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib, 2016-2021-ci illərdə isə Ukraynanın Türkiyədəki səfiri olub.

Ukraynanın Parlamenti həmçinin sentyabrın 5-də keçirilən iclasda müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri və vitse-baş nazir İrina Vereşukun vəzifədən azad edilməsini dəstəkləyib. Bir gün əvvəl keçirilən səsvermə zamanı Vereşukun vəzifədən uzaqlaşdırılması təşəbbüsü kifayət qədər səs toplaya bilməyib.

Bunadək, bir gün əvvəl Ukraynanın Radası Avropa və Avro-Atlantik İnteqrasiya Məsələləri üzrə vitse-baş nazir Olqa Stepanişinanın, ədliyyə naziri Denis Maliuskanın, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Streletsin və sənaye naziri Aleksandr Kamişininin istefasını dəstəkləyib.