Ukraynalı jurnalist Dmitri Qordon Gürcüstana girişinə icazə verilmədiyini deyir

15:40, 27.10.2021

Ukraynalı jurnalist Dmitri Qordon deyir ki, Gürcüstan hakimiyyəti onu ölkəyə buraxmaqdan imtina edib və hava limanından geri göndərib. Bu barədə Dimitri Qordon “Telegram”da yazır.

“Mən bir saat əvvəl Tbilisiyə gəldim və bu müddət ərzində pasport nəzarətində pasport möhürünü gözləyirdim. Mənə indicə rəsmi şəkildə məlumat verdilər ki, Gürcüstana daxil olmağa icazəm yoxdur. Səbəbini demədilər. Mən bunu açıq şəkildə onunla əlaqələndirirəm ki, Ukrayna Xarici İşlər Nazirliyi bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyinə mənim Rustavi həbsxanasında Mixail Saakaşviliyə səfərimin təşkili ilə bağlı müraciət etmişdi.

Baş verən hər şey beynəlxalq qalmaqaldır və Gürcüstan hökuməti üçün biabırçılıqdır”, Dimitri Qordon yazıb

Oxşar