Ukraynalı deputatın məlumatına görə, Mixail Saakaşvili Amsterdama getdi
Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvili Amsterdama gedib. Bu barədə Ukrayna Radasının deputatı, Aleksey Qornaçenko, “Feysbuk” sosial şəbəkəsində yazır.
“Mixo Amsterdamdadır! Dostumuz, “cigiti” az öncə aeroportda qarşıladı və xatirə fotosunu çəkdi. Diqqət yetirin, Ukraynadan ayrılmaq Mixo üçün nə qədər ağırdır. Görünür Gürcüstandan ayrıldığı qədər ağırdır”, – Qornaçenko yazır.
Mixail Saakaşvili Varşavada, dünən təşkil edilən mətbuat konfransında bəyan etdi ki, ailəsini ziyarət etmək üçün Hollandiyaya getməyi, sonralar isə, Avropada siyaysi fəaliyyətini davam etdiryi planlaşdırır.