Ukraynadakı vəziyyətlə əlaqədar Çexiya və Latviya Rusiya vətəndaşlarına viza verilməsini dayandırır
Ukraynadakı vəziyyətlə əlaqədar Çexiya və Latviya Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırır. Müvafiq bəyanatla Çexiyanın baş naziri Piotr Piala çıxış edib.
“Rusiyanın Ukraynaya təcavüzünü nəzərə alaraq, məsləhətləşmələr üçün Rusiyadan səfiri çağırmaq, humanitar məqsədlərlə əlaqədar müstəsna hallar istisna olmaqla, Rusiya vətəndaşlarına Latviya vizalarının verilməsini dayandırmaq qərarını verdim” -deyə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçis bildirib.
Çexiya isə Sankt-Peterburq və Yekaterinburqdakı konsulluqlarını bağlayıb. Rusiyanın Karlovo Vari və Brnodakı nümayəndəliyi də bağlanıb.