Ukraynadaki korrupsiya haqqında sual robot Sofiyanın qaydasını pozdu
Ukraynadaki korrupsiya haqqında sual robot Sofiyanın qaydasını pozdu

“Ukraynada korrupsiya ilə mübarizə üçün nə edilməlidir?” – sualı verildikdən sonra, sünii intelekt sahibi olan robot Sofiya qaydadan çıxdı.

Ukraynalı deputat Alyona Şkrumun dediyinə görə, bu hadisə İsveçrənin Davos şəhərində, Ukrayna Evində keçirilən debatlar zamanı baş verdi.

Sosiyal şəbəkədə yazırlar ki, hər bir suala cavab verən robotun, Ukraynadaki korrpupsiya ilə bağlı sualdan sonra skripti kəsildi və prosessoru çalışmasını dayandırdı.

Bu hadisəyə qədər, “Sberbankın” rəhbəri German Qref biznes yeməyi zamanı robot Sofiya ilə sünii intelekt haqqında “söhbət etdi”.

Sofiya robotlar haqqında yayılan stereotiplər haqqında zarafat etdi və Qref ilə bərabər xizək etməyə belə razı oldu.

Robot Sofiya Honq-Konqun Hanson Robotics şirkəti tərəfindən yaradılıb.

Keçən il Səudi Ərəbistan robot Sofiyaya vətəndaşlıq verdi.