Ukraynada bu gün vaxtından əvvəl Parlament seçkiləri keçirilir. Sedçkilərdə 23 partiya iştirak edir və siyahılarında 2 747 namizədi var. Bir mandatlı majoritar məntəqələrində 3 083 namizəd qeydiyyatdan keçib. Onlardan yarısı müstəqil namizəd kimi iştirak edir.
İlkin proqnoza görə, Radaya beş partiya düşəcək. Favorit Ukrayna prezidentinin partiyasıdır. İkinci yerdə Viktor Medvedçukun partiyasıdır. Radaya həmçinin Ukraynanın keçmiş prezidenti, Petro Poroşenkonun, Yuliya Timoşenkonun və Leonid Kravçukun partiyası düşəcək.
Seçkilərdə Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin partiyası da iştirak edirdi. Lakin iyulun 19-da Saakaşvili bəyan etdi ki, onun partiyası beş faizlik baryeri keçə bilməyəcək və tərəfdarlarını Zelenkinin partiyasını dəstəkləməyə çağırdı.
Seçkiləri Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu işıqlandırır.