Ukraynada son 24 saat ərzində koronavirusdan 19 nəfər həlak olub, 1 433 nəfər isə, infeksiyaya yoluxub.
Bu haqda məlumatı Ukrayna medyası Səhiyyə Nazirliyinə istinadən yayır.
Eyni zamanda son günlərdə Ukraynada koronavirusdan 752 pasiyent sağalıb.
Rəsmi statistikaya görə, Ukraynada bugünə qədərə koronavirusun 84 548 halı qeydə alınıb.
Onların arasında 1 970 nəfər həlak olub, 45 686 nəfər isə, sağalıb.