Ukraynada son 24 saat ərsində, koronavirusun 12 000-dən çox halı qeydə alındı
Ukraynada son 24 saat ərsində, koronavirusun 12 000-dən çox halı qeydə alındı

Ukraynada son 24 saat ərsində, koronavirusun 12 000-dən çox yeni halı qeydə alındı.

Bu haqda məlumatı Ukraynanın Səhiyyə Naziri Maksim Stepanov verdi.

Nazirin məlumatına görə, infeksiyaya yoluxalnar arasında 594 uşaq və 535 tibb işçisi var.

Son 24 saat ərzində, Ukraynada COVİD-19-dan 252 nəfər həlak olub, 12 939 pasient sağalıb.

Ukraynada artıq üçüncü gündür ki, sağalanların sayı, infeksiyaya yoluxanların sayını keçir.

Epidemiyanın başladığı gündən bugünə qədər Ukraynada koronavirusa 931 751 nəfər yoluxub. Onların arasında 15 996 nəfər həlak olub, 548 356 nəfər isə, sağalıb.