Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir
Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir

Ukraynada bu gün prezident seçkilərinin ikinci turu keçirilir. Namizədlər Petro Poroşenko və Vladimir Zelinskidir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açıldı və saat 20:00-da bağlanacaq. Ölkədə 30 minə qədər seçki məntəqəsi fəaliyyət göstərir, xaricdə 102, o cümlədən Gürcüstanda bir seçki məntəqəsi açılıb.

30 milyondan artıq seçici qeydiyyatdan keçib. Seçkiləri üç mindən artıq müşahidəçi müşahidə edir.

Ukraynda prezident seşkilərinin birinci turu martın 31-də keçirildi. Vladimir Zelinski seçicilərin səslərinin 30,24 faizini, Petro Poroşenko isə, 15,94 faizini topladı. Cəmi 39 namizəd iştirak edirdi ki, bu da Ukrayna tarixində rekord miqdardır.

Prezidenti Ukraynada beş illik müddətlə seçirlər. Andiçmə mərasimi mayın 31-də keçirilməlidir.