Ukrayna prezidenti Vladimer Zelenski yanvarın 9-nu İranda baş verən aviaqəza ilə bağlı matəm günü elan etdi.
Bu barədə məlumat Ukrayna prezidentinin rəsmi veb-səhifəsində verilir.
Prezidentin əmri ilə, bu gün bütün dövlət binalarında bayraqlar düşürüləcək.
Xatırladaq ki, yanvarın 8-də “Ukrayna avia xəttlərinə” aid olan Boinq 737, Tehran hava limanından uçduqdan iki dəqiqə sonra yerə düşdü və yanmağa başladı.
Aviaqəza nəticəsində 168 sərnişin və ekipajın 9 üzvü həlak oldu.