Ukraynada həlak olmuş Cambulat Xoperia hərbi qaydada dəfn edilib
Ukraynada həlak olmuş Cambulat Xoperia hərbi qaydada dəfn edilib

Ukraynada həlak olan döyüşçü Cambulat Xoperia Lançxutinin Qvimbalauri kəndində hərbi qaydada dəfn edilib. Döyüş yoldaşları, siyasətçilər, idmançılar və sadə vətəndaşlar onun xatirəsini ehtiramla yad ediblər.

25 yaşlı Cambulat Xoperia döyüş əməliyyatları zamanı kimyəvi maddədən zəhərlənib və xəstəxanada dünyasını dəyişib.

Cambulat Xoperia 25 yaşında Abxaziya müharibəsində həlak olmuş əmisinin yanında dəfn edilib.