Ukraynada həlak olan iki gürcü döyüşçünün cənazəsi vətənə gətirilib
Ukraynada həlak olan gürcü döyüşçülər- Malxaz Kvijinadze və Coni Odişvilinin cənazələri vətənə gətirildi.
Tbilisi Beynəlxalq Hava Limanında həlak olan hərbçilərin ailə üzvləri, dostları və sadə vətəndaşlar olub.
Gürcü döyüşçülər iyunun 25-də həlak olublar.
Coni Odişvili Qori Munisipalitetinin Tkviavi kəndindən olub, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində də iştirak edib. Odişvili Baxmut yaxınlığında mərmi parçaları ilə ölüb.
Malxaz Kvijinadze Sçansk yaxınlığında həlak olub.