Ukraynada həlak olan daha bir gürcü döyüşçüsünü Gürcüstana uğratdılar. Zurab Odişvilinin cəsədini Aeroportda ailə üzvləri və sıravi vətəndaşlar qarşıladılar. Fəxri qarovul dəstəsi də orada idi. Həlak olanı Kazbeqiyə, doğma kəndinə uğratdılar.
45 yaşlı döyüşçü Ukraynaya ötən ilin martında getdi və Rusiyaya qarşı döyüşürdü. O, əvvəlcə “Qafqaz Legionu” sıralarında, sonra isə, 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadada idi.
Rusiyanın Ukraynaya qarşı aqressiyası cəmi 45 gürcünün həyatına son qoyub.