Ukraynada həlak olan gürcü döyüşçü Zakaria Şubitidze vətənə gətirilib
Ukraynada həlak olan gürcü döyüşçü Zakaria Şubitidze vətənə gətirilib

Ukraynada həlak olan daha bir gürcü döyüşçü Zakaria Şubitidze vətənə gətirilib. Tbilisi Beynəlxalq Hava Limanında mərhumun ailə üzvləri və dostları olub.

Mərhumun dostunun verdiyi məlumata görə, Zakaria Şubitidze “Gürcüstan legionu”nun üzvü olub, döyüşlər zamanı ağır yaralanıb və yoldaşları onu xilas edə bilməyiblər.

Məlumata görə, Şubitidze Donetsk vilayətinin Neskuchnoe qəsəbəsi yaxınlığında döyüşürmüş.