Ukraynada həlak olan gürcü döyüşçü Tenqiz Çania Gürcüstana gətirilib
Ukraynada həlak olan gürcü döyüşçü Tenqiz Çania Gürcüstana gətirilib

Ukraynada həlak olan daha bir gürcü döyüşçü Tenqiz Çania Gürcüstana gətirilib.

Onun ailə üzvləri, dostları və yoldaşları Tbilisi Beynəlxalq Hava Limanında olublar. Donetsk vilayətinin Avdeevka şəhərində 48 yaşlı Tenqiz Çania artilleriya hücumu nəticəsində həlak olub.

Tenqiz Çanianın ailə üzvləri və dostları onun məktəbi bitirdiyi gündən hərbi xidmətə getdiyini, Gürcüstanın ərazi bütövlüyünü qorumaq üçün döyüşdüyünü, Ukraynada müharibə başlayandan isə döyüş əməliyyatlarında iştirak etdiyini deyirlər.

“Harada olmasından asılı olmayaraq, o, bizim ümumi düşmənimizin – Abxaziyada, Samaçabloda qarşısında dayanmışdı və Ukraynadakı müharibədə ilk gündən iştirak edib. Tenqo müasir tarixin müasir qəhrəmanıdır. Mən qardaşımla fəxr edirəm. Qardaşım bizim gələcəyimiz, ölkəmiz üçün canını verdi. Döyüşən oğlanlara minnətdaram. Dünyasını dəyişənlər qarşısında baş əyirəm”- deyə Tenqiz Çanianın qardaşı Temur Çania bildirib.

Tenqiz Çania çərşənbə axşamı, aprelin 9-da Zuqdidi rayonunun Qanmuxuri ​​kəndində hərbi qaydada dəfn olunacaq.