Ukraynada həlak olan gürcü döyüşçü Levan Saxelaşvilinin cənazəsi Gürcüstana gətirilib
Ukraynada həlak olan gürcü döyüşçü Levan Saxelaşvilinin cənazəsi Gürcüstana gətirilib.
Onun ailə üzvləri, dostları, silahdaşları və vətəndaş fəalları Tbilisi Beynəlxalq Hava Limanında olublar.
38 yaşlı Levan Saxelaşvili Nikolaev vilayətində artilleriya hücumu nəticəsində həlak olub. Peşəkar hərbçi, 2012-ci ilə qədər Gürcüstanın Müdafiə Qüvvələrində xidmət edib. O, Rusiya tərəfindən hərbi əməliyyatlar başlayandan sonra tezliklə Ukraynaya döyüşməyə gedib.
Ukraynada həlak olan gürcü döyüşçü cümə axşamı torpağa tapşırılacaq.
Rusiyanın Ukraynaya təcavüzündən sonra döyüşlərdə 24 gürcü döyüşçü həlak olub.