Ukraynada həlak olan gürcü döyüşçü İrakli Kurtsikidze Gürcüstana gətirilib
Ukraynada həlak olan gürcü döyüşçü 25 yaşlı İrakli Kurtsikidze bu gün səhər tezdən Gürcüstana gətirilib.
Tbilisi Beynəlxalq Hava Limanında onun ailə üzvləri, dostları, siyasətçilər və qohumları olub.
Ailə üzvlərinin sözlərinə görə, İrakli Kurtsikidze hücum əməliyyatı zamanı hərbi texnikanın partlaması nəticəsində həlak olub. Kurtsikidze 2022-ci ilin mayından Ukraynada döyüşür.
2022-ci ilin fevralından indiyədək Ukraynadakı müharibədə 50-dən çox gürcü könüllü həlak olub.
İrakli Kurtsikidzenin cənazəsi hava limanından Rustavidəki evinə aparılacaq və şənbə günü dəfn olunacaq.