Ukraynada həlak olan gürcü döyüşçü Cambulat Xoperianın cənazəsi vətənə gətirilib
Ukraynada həlak olan gürcü döyüşçü Cambulat Xoperianın cənazəsi vətənə gətirilib

 
Ukraynada həlak olan gürcü döyüşçü Cambulat Xoperianın cənazəsi Gürcüstana gətirilib. Onun dostları, siyasətçilər və qohumları Tbilisi Beynəlxalq Hava Limanına toplaşmışdılar.

25 yaşlı Cambulat Xoperia müharibənin ilk günlərindən Ukraynada döyüşüb. Bombardmanların birində o, kimyəvi maddə ilə zəhərlənib, müalicəsi nəticəsiz olub və dekabrın 1-də gürcü döyüşçü xəstəxanada dünyasını dəyişib. Onun cənazəsi doğma evinə, Quriyanın Qvimralauri kəndinə aparılacaq.

Fevralın 24-dən bu günə qədər Rusiyanın Ukraynadakı müharibəsində 33 gürcü döyüşçü həyatını itirib.