Ukraynada gecə saatlarında həyata keçirilmiş hücum nəticəsində dörd nəfər həlak olub, xəsarət alanlar da var
Kiyev vilayətində Rusiyanın hücumu zamanı bir nəfər həlak olub, dörd nəfər isə xəsarət alıb. Ukrayna mediası məlumat yayır.
Ukrayna mediasının məlumatına görə, Buça bölgəsinin Vişnevoe şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatının düşməsi nəticəsində beş avtomobil zədələnib və yanğın baş verib. Daha sonra məlum olub ki, Fastiv rayonunda daha bir nəfər yaralanıb, pəncərə istehsalı müəssisəsi və iki avtomobil zədələnib. Müəssisənin mühafizə əməkdaşı xəstəxanaya yerləşdirilib.
Həmçinin, medianın məlumatına görə, Rusiya qüvvələri 27 sentyabr səhər saatlarında Kiyevdə yerləşən məlumat mərkəzinə iki dəfə zərbə endiriblər.
Sumı bölgəsində də həlak olan və yaralananlar barədə də məlumat yayılıb. Rusiyanın bombardmanı nəticəsində üç nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar, o cümlədən 11 aylıq və səkkiz yaşlı qızlar, həmçinin iki yeniyetmə var.