Ukraynada etiraz edənlər koronavirus təhlükəsinə görə, Çindən gələn avtobusa hücum etdilər
Ukraynanın “Novıe Sanjarı” şəhərində etiraz edənlər Çindən evakuasiya edilən vətəndaşların olduqları avtobusa hücum etdilər.
Avtobusun şəhərə daxil olmasına etiraz edənlər avtobusa daşlar atmağa başladılar.
Bu haqda məlumatı yerli medya yayır.
Medyanın məlumatına görə, etiraz edənlər polisə müqavimət göstərərkən, doqquz hüquqmühafizəçi və bir aksiya iştirakçısı xəsarət aldı.
Ukrayna vətəndaşlarını Çindən Ukraynaya dünən gətirdilər.
Novıye Sanjarı şəhərinin əhalisi arasında məlumat yayıldı ki, Uhandan evakuasiya edilən vətəndaşları xəstəxanaya yerləşdirəcəklər və buna görə, əhalinin yarısı bunu etiraz etmək üçün yığıldı.
Baş verən hadisələrlə bağlı bəyanatı Ukraynanın Səhiyyə Naziri də verdi. Onun dediyinə görə, Uxandan gələn Ukrayna vətəndaşlarının hamısı sağlamdır və əhali onlardan qorxmamalıdır.
Bəyanatı ölkənin baş naziri Aleksey Qonçaryuk da verdi. Onun dediyinə görə, evakuasiya edilən insanlar karantində olacaqlar və onların yanında sadəcə onlara bərabər səyahət edən həkimlər olacaqlar.