Ukraynada daha iki gürcü döyüşçü həlak olub
Ukraynada daha iki gürcü döyüşçü həlak olub

 

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. Gürcüstan Xarici İşlər Nazirliyində Baxmut yaxınlığında iki gürcü döyüşçünün həlak olması faktını Gürcüstanın Ukraynadakı səfirliyinin təsdiqlədiyini açıqlayırlar.

“Gürcüstanın Ukraynadakı səfirliyi Baxmut yaxınlığında iki Gürcüstan vətəndaşının vəfatı faktını təsdiqləyir. Lazımi prosedurlar həyata keçiriləcək” – deyə XİN-dən bildiriblər.