Ukrayna Xarici İşlər Nazirliyində bəyan edirlər ki, rus hərbçiləri daha bir şəhərin, Dneprorudnoenin merini oğurladılar
Rusiya hərbçiləri Dneprudnoe şəhərinin meri Yevgeni Matveyevi oğurladıar. Bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba məlumat yayır.
Rusiya işğalçı qüvvələri son üç gündə Ukraynanın ikinci şəhərinin merini oğurlayıblar. Bundan əvvəl mediada Melitopol şəhərinin merinin oğurlanması ilə bağlı məlumatlar yayılmışdı.
“Bu gün rus hərbi cinayətkarlar Ukraynanın demokratik yolla seçilmiş daha bir meri, Dneprudnoe şəhərinin rəhbəri ,Yevgeni Matveyevi oğurladılar. Sıfır yerli dəstəyi ilə işğalçılar terrora əl atırlar. Bütün dövlətləri və beynəlxalq təşkilatları Ukraynaya və demokratiyaya qarşı Rusiya terrorunu dayandırmağa çağırıram”, – Kuleba bəyan etdi.