Ukrayna Xarici İşlər Nazirliyi - Xarici işlər nazirinin müavini Gürcüstan tərəfini Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə ləyaqətlə davranmağın və fiziki güc tətbiq etməməyin zəruriliyi ilə bağlı mövqeyini çatdırıb

“Ukrayna Gürcüstandan Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə ləyaqətlə yanaşmağı tələb edir. Ukraynanın Saakaşviliyə qarşı zorakılıq tətbiq etməsi qəbuledilməzdir”, – xarici işlər nazirinin müavini Nikolay Toçitski Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşvili ilə görüşündə deyib. Məlumatı Ukrayna mətbuatı yayıb.

“Nazir müavini Ukrayna vətəndaşı Mixeail Saakaşviliyə ləyaqətlə yanaşılması və ona qarşı fiziki güc tətbiq edilməməsi ilə bağlı hökumətimizin mövqeyini gürcü tərəfinə çatdırıb”, – deyə nazirlikdən bildirilib.

Ukrayna xarici işlər nazirinin müavini vurğulayıb ki, Ukrayna beynəlxalq hüquq çərçivəsində Gürcüstanın öhdəliyi olan Saakaşvilinin hüquqlarının qorunmasına xüsusi diqqət yetirməkdə davam edir.