Ukrayna Xarici İşlər Nazirliyi - Gürcüstan parlamentində təşəbbüsü irəli sürülən qanun layihəsinin mövcud variantının Avropa dəyərlərinə və standartlarına uyğunsuz olmasına dair Avropa İttifaqının mövqeyi ilə razılaşırıq
Ukrayna Xarici İşlər Nazirliyi - Gürcüstan parlamentində təşəbbüsü irəli sürülən qanun layihəsinin mövcud variantının Avropa dəyərlərinə və standartlarına uyğunsuz olmasına dair Avropa İttifaqının mövqeyi ilə razılaşırıq

 

Qanun layihəsinin mövcud variantının Avropa dəyərlərinə və standartlarına uyğunsuz olmasına dair Avropa İttifaqının mövqeyi ilə razılaşırıq – bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi bəyanatına əsasən Gürcüstan öz vətəndaşlarının əsas hüquq və azadlıqlarını ardıcıl olaraq təmin etməlidir.

“Ukrayna Xarici İşlər Nazirliyi Tbilisidə mövcud vəziyyəti diqqətlə izləyir. Avropa İttifaqına üzv olmağa can atan bir dövlət olaraq Gürcüstan vətəndaşlarının əsas hüquq və azadlıqlarını, o cümlədən dinc etiraz hüququnu ardıcıl olaraq təmin etməlidir. Biz Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin vətəndaş cəmiyyətinin fəaliyyətinə zərər vuran “Xarici agentlər” qanununa veto qoymaq niyətini nəzərə alırıq. Qanun layihəsinin mövcud variantının Avropa dəyərlərinə və standartlarına uyğunsuz olmasına dair Avropa İttifaqının mövqeyi ilə razılaşırıq. Gürcü xalqının Gürcüstanın Avropa gələcəyini qurmağı davam etdirmək istəyi ilə həmrəy olduğumuzu ifadə edirik”-deyə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.