Ukrayna Xarici İşlər Nazirliyi - Belarusun rəsmi şəxslərinə xəbərdarlıq edirik ki, faciəvi səhvə yol verməsinlər, sərhədin pozulacağı təqdirdə dövlətimiz özünümüdafiə hüququnun reallaşdırılması üçün tədbirlər görəcək
Ukrayna Xarici İşlər Nazirliyi - Belarusun rəsmi şəxslərinə xəbərdarlıq edirik ki, faciəvi səhvə yol verməsinlər, sərhədin pozulacağı təqdirdə dövlətimiz özünümüdafiə hüququnun reallaşdırılması üçün tədbirlər görəcək

 

Kiyev Belarusa xəbərdarlıq edir ki, silahlı qüvvələrini Ukrayna sərhədindən geri qaytarsın və qeyri-dost hərəkətlərini dayandırsın, əks halda müharibəyə qoşulmaq riski var. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında oxuyuruq: “Biz Belarusun rəsmi şəxslərinə Moskvanın təzyiqi altında ölkələri üçün faciəvi səhvə yol verməmək barədə xəbərdarlıq edirik”.

Bəyanatda qeyd olunub ki, kəşfiyyatın verdiyi məlumatlarla, Belarus Ukrayna sərhədi yaxınlığına “təlim şəklində” xüsusi təyinatlı qüvvələr, silahlanma və hərbi texnika, həmçinin “Vaqner”in kirayələnmiş döyüşçüləri də daxil olmaqla çoxsaylı personal yerləşdirir.

Qeyd etmək lazımıdr ki, Belarus prezidenti Aleksandr Lukaşenko ayın əvvəlində ölkənin silahlı qüvvələrinin üçdə birini Ukrayna sərhədi yaxınlığında yerləşdirdiyini bildirmişdi və və bunu Ukraynanın sərhəd yaxınlığında səfərbər etdiyi hərbçilərin cavab tədbiri kimi izah edib.

“Biz vurğulayırıq ki, Ukrayna heç vaxt Belarus xalqına qarşı qeyri-dost hərəkətlər etməyib və etmək niyyətində deyil”, – Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında Belarus qüvvələrinin Çernobil Atom Elektrik Stansiyasının yaxınlığında cəmləşməsi, “nüvə obyekti yaxınlığındakı sərhəd bölgəsində təlimlər keçirməsi, Ukraynanın milli təhlükəsizliyinə və ümumilikdə qlobal təhlükəsizliyə təhdid yaratdığı” yazılıb.

“Belarusun Ukraynanın dövlət sərhədini pozduğu təqdirdə, biz xəbərdarlıq edirik ki, dövlətimiz BMT Nizamnaməsi ilə təmin edilmiş özünümüdafiə hüququnu həyata keçirmək üçün bütün lazımi tədbirləri görəcək. Nəticədə Belarusdakı bütün cəmləşmiş əsgər, hərbi müəsissə və təchizat marşrutları Ukrayna Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək”, – bəyanatda deyilib.