Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşünün martın 2-də keçirilməsi planlaşdırılıb
Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşünün martın 2-də keçirilməsi planlaşdırılıb

 

Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşünün martın 2-də keçirilməsi planlaşdırılıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayır.

Yayılan məlumatlara görə, Ukrayna diplomatiyası Rusiyanın Kiyevdən tələb etdiyi bir neçə tələbi çıxarıb. Onların arasında: referendumla parlament səviyyəsində qeydə alınmış Ukraynanın bloksuz statusu; Rayonların inzibati sərhədləri daxilində müvəqqəti işğal olunmuş ərazilərin tanınması; Krımdan imtina edilməsi və denasifikasiya.

Ukrayna mətbuatının məlumatına görə, digər tərəfdən Ukrayna növbəti görüşə qədər “sükut rejimi” tələb edib, lakin Rusiya tərəfi söz verməyib.