Ukrayna tərəfinin məlumatına görə, Rusiya ordusunun hücumuna məruz qalan yaşayış məntəqələrindən müxtəlif bölgələr istiqamətlərdə 12 humanitar dəhliz açılacaq
Ukrayna tərəfinin məlumatına görə, Rusiya ordusunun hücumuna məruz qalan yaşayış məntəqələrindən müxtəlif bölgələr istiqamətlərdə 12 humanitar dəhliz açılacaq

 

Martın 11-də Ukraynanın Rusiya qoşunlarının hücumuna məruz qalan yaşayış məntəqələrindən müxtəlif bölgələr istiqamətlərdə 12 humanitar dəhliz açılacaq-bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və reinteqrasiya naziri İrina Vereşçuk bu gün keçirilən brifinqdə bildirib.

“Biz yeni humanitar marşrutlar açırıq. “Yaşıl dəhlizlər” aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcək: Mariupol-Zaporojye, Poloq-Zaporojye, Volnovaxa-Pokrovski, Enerqodar-Zaporojye, İzium-Lozovaiya, Buça-Kiyev, Hostomel-Kiyev, Kozaroviç-Kiyev, Mikuliç-Kiyev, Andreevka-Jitomir, Makarov-Jitomir, Borodianka-Jitomir”-deyə Vereşçuk qeyd edib.

Onun sözlərinə görə, hakimiyyət əhaliyə ərzaq, su və dərmanların çatdırılması üçün Xerson, Çerniqov, Xarkov və digər bölgələrə humanitar dəhlizlərin yeni marşrutları üzərində işləyir.