Ukrayna tərəfinin məlumatına görə, gecə saatlarında Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın atdığı on pilotsuz uçan aparatı və bir raketi vurub
Gecə saatlarında Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın atdığı on pilotsuz uçan aparatı və bir raketi vurub. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində düşmənin 17 hava hücumu vasitəsi aşkarlanıb.
Ukrayna tərəfinin məlumatına görə, işğalçılar Krımdan Odessa vilayəti istiqamətində iki “İskəndər” ballistik raketini və Zaporojye vilayətinin işğal olunmuş hissəsinin hava məkanından X-59 tipli aviasiya raketini buraxıblar. Həmçinin gecə saatlarında Rusiya qüvvələri 14 “Şahid” pilotsuz uçan aparatı havaya buraxıb.
Bundan əlavə, Xarkov Rayon Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram kanalında yazır ki, gecə saatlarında işğalçı qüvvələr Xarkova iki dəfə hava bombaları ilə hücum ediblər. Zərbə nəticəsində təhsil müəssisəsində yanğın baş verib və poliklinika binasına ziyan dəyib.