Ukrayna tərəfi yaralılar və həlak olanlar barəsində məlumat yayır
Ukrayna tərəfi yaralılar və həlak olanlar barəsində məlumat yayır

Ukrayna tərəfi yaralılar və həlak olanlar barəsində məlumat yayır.

Ukrayna Daxili İşlər nazirinin müşaviri, Anton Geraşenkonun “feysbuk” sosial şəbəkəsində yazdığına görə, son məlumatla, 7 nəfər həlak olub.

Onun dediyinə görə, Odessa vilayətinin Podilski şəhərində törədilən partlayış nəticəsində 6 nəfər həlak olub, 7 nəfər yaralanıb, 19 nəfər itkin düşübdür.

Mariupolda bir nəfər həlak olub, iki nəfər yaralanıb. Geraşenkonun sözlərinə görə, Rusiya qüvvələri Dnepropetrovsk vilayətində İnqulets çayı üzərindəki körpünü bombalayılar.

Ukrayna Daxili İşlər nazirinin müşaviri həmçinin, Kiyev sakinlərinə paytaxtın çıxışlarında böyük tıxaclarla bağlı xəbərdarlıq edir və evlərini tərk etməməyə çağırır.