Ukrayna tərəfi bildirir ki, Ukrayna və Rusiya müvəqqəti atəşkəsin təmin edilməsi yoluyla, humanitar dəhlizlər üzrə qarşılıqlı anlaşmaya nail olub
Ukrayna tərəfi bildirir ki, Ukrayna və Rusiya müvəqqəti atəşkəsin təmin edilməsi yoluyla, humanitar dəhlizlər üzrə qarşılıqlı anlaşmaya nail olub

 
Ukrayna və Rusiya müvəqqəti atəşkəsin təmin edilməsi yoluyla, humanitar dəhlizlər üzrə qarşılıqlı anlaşmaya nail olub. Bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Təəssüf ki, gözlədiyimiz nəticəni ala bilmədik. Bircə onu deyə bilərik ki, humanitar aspekti ətraflı müzakirə etmişik. İndi bir çox şəhər mühasirədədir. Orada qida və dərman baxımından dramatik vəziyyət yaranıb. Mən rəsmi komunikeni oxuyacam. Tərəflər mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin birgə yaradılması, həmçinin, xüsusilə kəskin döyüş əməliyyatlarının aparıldığı bölgələrə dərman və qida məhsullarının çatdırılması barədə razılığa gəliblər. Bu məqsədlə yaxın vaxtlarda xüsusi rabitə kanalları təşkil olunacaq və müvafiq logistik prosedurlar formalaşdırılacaq” -deyə Podolyak bildirib.