Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı - Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq, müqaviməti zəiflətmək və yaşayış məntəqələrini bloklamaqdır
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı - Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq, müqaviməti zəiflətmək və yaşayış məntəqələrini bloklamaqdır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı – Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq, müqaviməti zəiflətmək və yaşayış məntəqələrini bloklamaqdır, – bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında qeyd olunur.

Baş Qərargahın bəyanatında deyilir ki, Rusiya əməliyyat ehtiyatlarının böyük hissəsini tükəndirdi və Ukraynaya əlavə qoşun göndərmək üçün hazırlıqlara başladı.

Bununla yanaşi, bəynatda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Belarus Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Rusiya hərbçiləri tərəfindən Rusiya təxribatlarının mümkünlüyünü istisna etmir.

Ukrayna hərbçilərinin məlumatına görə, ruslar Poleski istiqamətində hücuma keçirlər. Eyni zamanda rus hərbçiləri Hostomel aerodrom və Buçidən geri çəkiliblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında bəyan edirlər ki, Ruslar Severski istiqamətində də hücum əməliyyatları aparırlar və cəhdləri Kiyevə doğru yönəldilib. Bununla yanaşı, qüvvələrin qruplaşdırılması baş verir və hücum Brovari istiqamətinə davam edir.

Elə onların məlumatına görə, Donetsk istiqamətinə rus silahlı qruplaçmaları hücumu Novoaydar, Volnovax və Mariupol istiqamətinə davam etdirirlər. Mariupol mühasirədədir; Luqansk istiqamətinə döyüş Starobelsk istiqamətində davam edir; Zaporojye istiqamətində də hücum davam edir və Nikolayev istiqamətində davam edən döyüşə Rusiya hava-desant qüvvələrinin cəlb olunması qeydə alınıb.

Müvəqqəti işğal olunmuş Krımdan külli miqdarda texnika və nəqliyyat vasitələrinin daşınması da qeyd olunasıdır. Ukrayna hərbçilərinin təsdiq etdiyinə görə, Rusiya Nikolayev vilayətində iğtişaş yaratmaq üçün Krımdan məhbuslar gətirir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Qara Dənizdə də rus gəmiləri səfərbər olunub. Desantın endirilməsi üçün hazırlıq gedir.