Ukrayna Silahlı Qüvvələri fevralın 28-nə keçən gecə Rusiya qüvvələrinin hələ də Kiyevin müdafiəsini yarmağa çalışdığını bildirib
Ukrayna Silahlı Qüvvələri fevralın 28-nə keçən gecə Rusiya qüvvələrinin hələ də Kiyevin müdafiəsini yarmağa çalışdığını bildirib

Fevralın 28-nə keçən gecə rus qoşunları yenidən Kiyevin müdafiəsini yarmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu barədə Ukrayna mediası Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sirskiyə istinadən məlumat yayıb.

“Rusiya işğalçı qüvvələrinin məqsədə çatmaq üçün bütün cəhdləri uğursuz oldu. İşğalçıların texnikasının sütunları məhv edilib. İşğalçı xeyli şəxsi heyət itkisinə məruz qalıb”, – Sirski bildirib.

Yüksək rütbəli hərbçinin qeyd etdiyi kimi, Rusiya qüvvələri  bir neçə dəfə paytaxtın kənarına basqın etməyə cəhd ediblər. Bununla belə, o, rəqibin bütün hərəkətlərinin nəzarət altında olduğunu bildirib.

Kiyev müdafiə rəhbərinin sözlərinə görə, hazırda Ukrayna paytaxtında vəziyyət nəzarət altındadır.