Ukrayna səfirliyinin nümayəndəsinin sözlərinə görə, Gürcüstanın köməyi ilə Ukraynaya 3 min tondan çox humanitar yardım göndərilib
Ukrayna səfirliyinin nümayəndəsinin sözlərinə görə, Gürcüstanın köməyi ilə Ukraynaya 3 min tondan çox humanitar yardım göndərilib

 

Ukraynanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Andrey Kasanovun sözlərinə görə, Gürcüstanın köməyi ilə Ukraynaya 3 min tondan çox yardım göndərilib.

O humanitar yardıma dərman, paltar, uşaq qidaları və gigiyena vasitələrinin daxil olduğunu bildirib.

“Vətəndaşlar, müəssisələr və təşkilatlar tərəfindən humanitar yardım axınının azalmamasına görə minnətdaram. Yerli hakimiyyət orqanlarının köməyi ilə bu cür yardımları qəbul etmək üçün məntəqələr təşkil edilmişdir. Ukraynanın Gürcüstandakı səfirliyi humanitar yüklərin təyinat yerinə daşınması işinin kordinasiyasını həyata keçirir. Gürcüstanın köməyi ilə Ukraynaya 3 min tondan çox yardım göndərilib. Humanitar yardıma dərman, paltar, uşaq qidaları və gigiyena vasitələri daxildir.

Həmçinin, Ukraynanın Gürcüstandakı səfirliyinin hesabına köçürülən maliyyə yardımına görə də minnətdaram. Hər bir qəpiklə bağlı hesabat hazırlayacağıq və hər kəsə təşəkkür edəcəyik. Biz bu vəsaitdən ən zəruri olan – qida, uşaq qidası, dərman ehtiyaclarını ödəmək üçün istifadə edirik. Çatdırılma müddətini minimuma endirmək üçün alışı Avropa ölkələrində həyata keçiririk “-deyə Andrey Kasanov bildirib.

Bununla yanaşı Ukrayna səfirliyinin nümayəndəsi Gürcüstan Prezidenti Salome Zurabişviliyə Ukraynaya və Ukrayna xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib.

” Gürcüstan Prezidenti Salome Zurabişviliyə dünən parlamentin tribunasından Ukraynaya və Ukrayna xalqına yönəlik ifadə etdiyi həmrəylik və dəstəyinə görə, eləcə də bütün Gürcüstana minnətdarıq. Siyasi şəraitdə və ictimai dairələrdə parlamentdəki çıxışa reaksiyanı diqqətlə izləyirik, bu barədə Kiyevi daim məlumatlandırırıq” – deyə Andrey Kasanov bildirib.