Ukrayna Səfirliyinin nümayəndəsi - ən zəruri və çətin vəziyyətdə humanitar yardıma görə, Gürcüstan vətəndaşlarına, hökumətinə, müxtəlif şəhərlərin merlərinə, Patriaxlığa təşəkkürümü bildirirəm
Ukraynanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi, Andrey Kasanov humanitar yardıma görə, Gürcüstan hökumətinə və gürcü xalqına təşəkkürünü bildirir.
Səfirlikdə keçirilən brifinqdə Andrey Kasanov Ukraynaya humanitar yardımın əhəmiyyətindən danışdı.
“Humanitar yardım məsələsi ən önmli məsələlərdən biridir. Proses davam edir. Ukrayna bu yarddıma görə, bütün Gürcüstan əhalisinə təşəkkürünü bildirir. Ukraynaya yardım prosesində iştirak edən Gürcüstanın bütün sıravi vətəndaşlarına, Gürcüstan hökumətinə, müxtəlif şəhərlərin merlərinə, Patriarxlığa ən zəruri və çətin vəziyyətdə humanitar yardımına görə, təşəkkürlər. Həmçinin, Ukraynadan və ya Gürcüstandan olan və bu humanitar yardımı gündəlik təşkil edən,düzən və göndərən bütün könüllülərə də minnətdarıq.
Bu günki göstəricilərlə, təyyarələrlə və eləcə də 22 xüusi yük avtomobili ilə göndərilən cəmi 580 ton humanitar yardım toplanaraq göndərildi. Səfirilin hesabında toplanan məbləğlər, Ukrayna silahlı qüvvələrinin lazım olan şyalarının alınmasına sərf olunur. Nə alıqırıq? Gürcüstanda medikamentlər, Polşada məişət əşyaları, Türkiyədə xüsusi əczaçılıq komplektlərini. Ən çox vacib olan ilk yardım qida, uşaq qidası, dərmanlardır. Biz bu məbləğlərin ən zəruri olan əzşyaların alınması üçün xərclənməsinə çalışırıq”,- Andrey Kasanov bəyan etdi.