Ukrayna Səfirliyi - Gürcüstan hökumətinə, şəxsən İrakli Ğaribaşviliyə və Ukraynada minlərlə mülki şəxsə yardıma qoşulan bütün insanlara təşəkkür edirik
Ukrayna Səfirliyi - Gürcüstan hökumətinə, şəxsən İrakli Ğaribaşviliyə və Ukraynada minlərlə mülki şəxsə yardıma qoşulan bütün insanlara təşəkkür edirik

 

Ukraynanın Gürcüstandakı Səfirliyi Gürcüstan hökumətinə, şəxsən Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə və Ukraynada minlərlə mülki şəxsə yardıma qoşulan bütün insanlara təşəkkür edir – bu barədə Ukraynanın Gürcüstandakı Səfirliyinin bəyanatında deyilir.

Ukraynanın diplomatik nümayəndəliyindən verilən açıqlamada xəstəxanaların, istilik elektrik stansiyalarının və elektrik stansiyalarının, içməli su nasos qurğularının və digər həyati əhəmiyyətli obyektlərin fasiləsiz işləməsi üçün istifadə oluna bilən sənaye generatorlarının Ukraynaya göndərildiyi qeyd edilib.

“Dostlarımızın və müttəfiqlərimizin, o cümlədən qardaş Gürcüstanın köməyi və dəstəyi ilə biz dünya şərinə – rus faşizminə qarşı bu mübarizədə qalib gələcəyik. Putinin rus hərbi cinayətkarları tərəfindən yaşayış binaları və elektrik stansiyaları istiqamətində demək olar ki, indi hər gün atılan heç bir qanadlı və ya ballistik raketlər, pilotsuz uçuş aparatları və kamikadze dronları Ukrayna xalqını diz çökdürmək qabiliyətində deyil və yalnız rus işğalçıları üzərində tam və dönməz qələbə üçün səylərimizi gücləndirir” -deyə bəyanatda qeyd olunub.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin tapşırığına əsasən, Gürcüstandan Ukraynaya 25 yüksək gücə malik generator göndərilib.