Ukraynanın Nazirlər kabineti Rusiya ilə iqtisadi əməkdaşlıq proqramını dayandırdı.
Ukrayna medyasının məlumatına görə, bu barədə bəyanatı hökümət iclasında Ukraynanın baş-naziri Vladimir Qroisman verdi.
Ukrayna və Rusiya arasında iqtisadi əməkdaşlıq proqramını 2011-ci ilin iyunun 7-də o zamanki baş nazirlər Vladimir Putin və Nikolay Azarov imzalamışdılar. Proqram 2011-2020-ci illərə qədər nəzərə tutulmuşdu.
Ukraynanın Xarici İşlər Naziri Pavlo Klimkin bəyan etdi ki, Kiyev Moskva ilə ticari-iqtisadi əlaqələri minimuma salmalıdır.