Ukrayna Rostov vilayəti və Krasnodar diyarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib, həlak olan və xəsarət alanlar var

14:20, 26.09.2026

Ukrayna Rostov vilayəti və Krasnodar diyarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib, həlak olan və xəsarət alanlar var.

Rostov vilayətinin qubernatoru Yuri Slyusarın bildirdiyinə görə, sənaye obyektlərinə və yaşayış binalarına ziyan dəyib. Onun sözlərinə görə, bölgədə 30 dorn vurulub.

Ukrayna monitorinq kanallarının məlumatına görə, hücumun hədəfi böyük ehtimalla müdafiə sənayesi üçün məhsul istehsal edən Azov Optik-Mexanika Zavodu olub.

Rostov vilayətinin qubernatoru həmçinin Taqanroqda bir nəfərin xəsarət aldığını bildirib.

Krasnodar diyarında pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Seversk rayonunda yerləşən iki müəssisədə yanğın baş verib. Bu barədə regionun qubernatoru Veniamin Kondratyev bildirib.

“Təəssüf ki, həlak olanlar var”, – o, bu barədə sosial şəbəkədə yazsa da, təfərrüatları dəqiqləşdirməyib.

Ukrayna teleqram kanallarının məlumatına görə, Seversk rayonunda növbəti hücum yenə İlsk neft emalı zavoduna edilib. Müəssisədə yanğın baş verib.

Məlumat üçün bildirək ki, Ukrayna dronları İlsk neft emalı zavoduna sonuncu dəfə avqust ayında hücum edib.

Oxşar