Ukrayna Radasının Xarici Əlaqələr Komitəsinin sədri Gürcüstan Parlamentinə Ukraynaya göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirir
Ukrayna Radasının Xarici Əlaqələr Komitəsinin sədri Gürcüstan Parlamentinə Ukraynaya göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirir

Ukrayna Radasının Xarici Əlaqələr Komitəsinin sədri, Oleksandr Merejko Gürcüstan Parlamentinə Ukraynaya göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirir.

Oleksandr Merejko Gürcüstanın Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini, Giorgi Xelaşvilinin Ukraynanı dəstəkləyən qətnamə ilə bağlı “tvitterdəki” postuna əks səda verir.

“Dəstəyiniz və Ukraynaya həmrəyliyə görə sizə təşəkkürlər”, – Ukrayna Radasının Xarici Əlaqələr Komitəsinin sədri yazır.

Gürcüstan Parlamenti Ukraynanı dəstək qətnaməni qəbul etdi. Gürcüstan Parlamentinin Ukraynada mümkün hərbi eskalasiya ilə bağlı Parlamentdə dünən qəbul etdikləri qətnaməsinin mətnini “Gürcü Arzusu” partiyası təqdim etmişdir. Sənədi Parlament çoxluğunun üzvləri – Giorgi Xelaşvili, Maka Boçorişvili, Levan Karumidze, Givi Mikanadze və Tamar Taliaşvili hazırlayıblar. Mətndə qeyd edilib ki, Gürcüstan suveren dövlətin ərazi bütövlüyünə qarşı yönələ biləcək istənilən cəhdi pisləyir.