Ukrayna Radasında Vladimer Zelenskinin fraksiyasının sədri David Araxamiya oldu
Ukrayna Radasında Vladimer Zelenskinin fraksiyasının sədri David Araxamiya oldu

Ukrayna Radasında Vladimer Zelenskinin fraksiyasının sədri David Araxamiya oldu. Bu barədə məlumatı Ukrayna Radası spikeri vəzifəsini yerinə yetirən, Dimitri Razumkov yaydı.

Onun dediyinə görə, doqquzuncu çağırış Radasında Zelenskinin partiyasının 254 deputatı olacaq və çoxluğu təşkil edəcək. Fraksinın sədri isə, David Araxamiya olacaq. Araxamiya Soçidə anadan olub və uşaq yaşlarında Qaqrada yaşayırdı. 1992-ci ildə Ukraynaya köçdü.

Devid Braun ləqəbi ilə tanınmış Araxamiya “Templeit Monster” informasiya texnologiyasi şirkətinin təsisçisidir.

2019-cu ilin iyulunda Zelenski onu “Ukrobornpro”-nun qəyyumlar şurasının üzvü təyin etdi.

Xatırladaq ki, doqquzuncu çağırış Radasının ilk iclası bu gün keçirildi.