Ukrayna prokurorluğu Mixeil Saakaşviliyə qarşı istintaq prosesini dayandırdı
Ukraynanın baş prokurorluğu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə qarşı istintaq prosesini dayandırdı.
Bu barədə məlumatı prokurorluğun mətbuat katibi Anrey Lisenko öz Facebook səhifəsində yazırb
Prokurorluğun nümayəndəsi qeyd edir ki, martın 6-da baş prokurorluq Hollandiyaya Mixeil Saakaşvili ilə bağlı prosesual və istintaq hərəkətlərinin həyata keçirilməsində yardım üçün müraciət göndərdi.
Prokurorluqda bəyan edirlər ki, istintaqın dayandırılması da bu xahiş ilə bağlıdır.
NewsOne-la müsahibədə Mixeil Saakaşvili ona qarşı istintaqın davam etməsini və onun Ukraynaya buraxılmasını tələb edir.
“Vəziyyət məlumdur: onlar lap dibə düşüblər və indi təsdiqləndi ki, Kurçenko ilə söhbətim olmayıb, bu montaj idi, mən istintaqın davam etməsini və mənim Ukraynama buraxılmağımı tələb edirəm” – dedi Mixeil Saakaşvili.