Ukrayna Prezidenti Volodimir Zelenski bildirir ki, Fridrix Merts ilə keçirilən görüş zamanı yeni yardım paketi barədə danışıblar – “Hərtərəfli paketin dəyəri 1,3 milyard avrodan çoxdur və buraya həm silahlar, həm də enerji sektoru daxildir”
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edir ki, Almaniya kansleri ilə keçirilən məhsuldar görüş zamanı yeni yardım paketi barədə danışıblar. Ukrayna lideri 1,3 milyard avro məbləğindəki yardımın enerji sektoruna da yönəldiləcəyini qeyd edib.
“Hərtərəfli paketin dəyəri 1,3 milyard avrodan çoxdur. Buraya hazırda bizə kömək edəcək silahlar, həmçinin qış öncəsi enerji sektorumuza dəstək — mühüm bir enerji paketi daxildir. Əlbəttə ki, hazırkı dövrdə kritik əhəmiyyət kəsb edən hava hücumundan müdafiə (HHM) ehtiyaclarını da müzakirə etdik”, – deyə Volodimir Zelenski yazır.
Ukrayna Prezidenti Almaniya Kanslerine və Avropa tərəfdaşlarına dəstəklərinə görə bir daha təşəkkür etdi.
“Təşəkkür edirəm, Almaniya. Təşəkkür edirəm, Fridrix. Ukraynanın yanında olduğunuz və həyatların xilas edilməsinə kömək etdiyiniz üçün bütün Avropaya təşəkkür edirəm”, – deyə bəyanatda qeyd olunub.
Məlumat üçün bildirək ki, 4 oktyabrda Almaniya Kansleri Fridrix Merts Kiyevə səfər edib.